30 aprel 2025 14:26
100

Mətbuat xidmətləri üçün keçirilən təlimlərə xarici ekspertləri cəlb etməyi düşünürük - Əhməd İsmayılov

Medianın İnkişafı Agentliyinin ADA universiteti ilə birgə mətbuat xidmətləri üçün başladığı təlimlərə xarici ekspertləri də cəlb etmək planları var.

“İki sahil” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən təlimin bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, bu cür təlimlər davamlı olacaq: "Xarici ekspertlərlə yanaşı yerli ekspertlərimiz də təlimlərdə iştirak edəcək. Tədbirlər bundan sonrakı dövrdə də silsilə xarakterli olaraq həyata keçiriləcək".