Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Cənubi Sudan Respublikasında həyata keçirilən beynəlxalq təhlükəsizlik missiyasında (UNMISS) hərbi müşahidəçi qismində xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.
“İki sahil” xəbər verir ki, qeyd olunan missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə mayor Qaragözov Mehman Həmdiyə oğlu UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.
Uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə mayor M.Qaragözova sertifikat təqdim olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub