Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji əhəmiyyətli bir sektordur. Əhalinin ərzağa artan tələbatı su və torpaq resurslarına təzyiqi daha da gücləndirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 1,7 milyard hektar torpaq insanların fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb. Bu torpaqların 60 %-dən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir", - deyə o qeyd edib.
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Göygöldə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün