Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib.
“İki sahil” xəbər verir ki, məşğələlərə Azərbaycan HDQ Dəniz Təlim Mərkəzinin gəmi hazırlığı bölməsi və Türkiyə HDQ Təlim Mərkəzinin "Yıldızlar" təlim qrupu cəlb olunub.
Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında hərbi dənizçilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə şəxsi heyətin döyüş hazırlığının daha da təkmilləşdirilməsidir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub