Serbiya Prezidenti Aleksandr Vuçiç Floridaya səfəri zamanı qəflətən özünü pis hiss edib və səfərini vaxtından əvvəl dayandırmağa qərar verib.
“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın “RTS” televiziya şirkəti məlumat yayıb.
Həkimlərlə məsləhətləşmədən sonra o, ABŞ-də planlaşdırılan bütün görüşlərini ləğv edərək Belqrada qayıdıb.
Səfər zamanı Vuçiç Nyu-Yorkun keçmiş meri Rudolf Culiani, həmçinin İllinoys ştatının sabiq qubernatoru Rod Blaqoyeviç və ABŞ-dəki serbiyalı iş adamları ilə danışıqlar aparmağa müvəffəq olub. Lakin ABŞ Prezidenti Donald Trampla görüş baş tutmayıb. Vuçiçin administrasiyası hələlik onun səhhətinin pisləşməsinin səbəbləri və sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlama verməyib.