03 may 2025 18:10
135

ABŞ Səudiyyə Ərəbistanına 3,5 milyard dollarlıq raket satışına ilkin icazə verib

ABŞ Səudiyyə Ərəbistanına 3,5 milyard dollar dəyərində raket satışına ilkin icazə verib.

İki sahil”in məlumatına görə, ilk təsdiqlənmiş satış çərçivəsində ABŞ Səudiyyə Ərəbistanına 1000 ədəd “AIM-120C-8” qabaqcıl orta mənzilli hava-hava raketləri, istiqamətləndirici bölmələr və texniki dəstək verəcək.

Raketlər ABŞ-ın Arizona ştatında yerləşən RTX korporasiyası tərəfindən istehsal olunacaq.

3,5 milyard dollarlıq satışın başa çatdırılması üçün ABŞ Konqresindən icazə tələb olunur.

ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin (DSCA) verdiyi açıqlamada, bu satışın Körfəz Bölgəsində siyasi sabitliyə və iqtisadi tərəqqiyə töhfə verən tərəfdaş ölkənin təhlükəsizliyini artıracağı, eyni zamanda ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcəyi qeyd edilib.

Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələri ABŞ-dan sonra dünyada ikinci ən böyük F-15 qırıcı təyyarə parkına malikdir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”