İndoneziyanın şimalındakı Qorontalo şəhəri sahillərində 6 bal gücündə zəlzələ baş verib.
“İki sahil”in məlumatına görə, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Qorontalodan təxminən 165 kilometr qərbdə olduğunu bildirib.
Təxminən 110 kilometr dərinlikdə qeydə alınan zəlzələdə hələlik insan və ya mal itkisi qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”