03 may 2025 20:30
160

Duqlas Burqum bu yay ABŞ-da mümkün qaranlıqlar barədə xəbərdarlıq edib

ABŞ daxili işlər naziri: Bayden administrasiyası ABŞ-ın enerji şəbəkəsini riskə atıb

ABŞ bu ilin yayında elektrik enerjisinin geniş kəsilməsi ilə üzləşə bilər. “İki sahil” xəbər verir ki, bunu Enerji Dominantlığı üzrə Milli Şuraya rəhbərlik edən ABŞ-ın daxili işlər naziri Duqlas Burqum deyib.

"Birləşmiş Ştatların prezidenti Donald Tramp elə ilk gün enerji sektorunda fövqəladə vəziyyət elan edib. Elektrik enerjisi istehsalı ABŞ-da böyük problemlərlə bağlıdır. Biz İspaniyada baş verənləri gördük. Bu, Amerikada bu yay baş verə bilər, çünki keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası enerji sistemimiz üçün təhlükə yaratmışdır", o, Fox News kanalına müsahibəsində deyib.

Xatırladaq ki, aprelin 28-də günortadan sonra İspaniyada elektrik enerjisinin verilişində kütləvi fasilələr qeydə alınıb ki, bu da ölkə tarixində ən böyük fasilədir. Svetoforlar fəaliyyətini dayandırıb, insanlar qatarlarda sıxışıb, ictimai nəqliyyat və xəstəxanaların fəaliyyəti dayandırılıb. Mobil rabitə və internet də işləmirdi. Hadisənin səbəbləri araşdırılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”