İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Vals ilə danışıb, lakin onlar İrana zərbə endirmək imkanını müzakirə etməyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi “The Washington Post”un bu mövzuda dərc etdiyi məlumata münasibət bildirərkən deyib.
Qeyd edilib ki, “The Washington Post”da dərc olunan xəbərin əksinə olaraq, baş nazir Benyamin Netanyahunun Mayk Vals ilə İranla bağlı intensiv təmasları olmayıb.
Ofisin məlumatına görə, Netanyahunun fevral ayında Vaşinqtona səfəri zamanı Valsla həqiqətən də görüşüb.
"O vaxtdan bəri baş nazir, keçmiş milli təhlükəsizlik müşaviri və Stiven Vitkoff arasında İrana aidiyyatı olmayan bir telefon danışığı olub. Biz cənab Valtsı Birləşmiş Millətlər Təşkilatına mühüm təyinatı münasibətilə təbrik etmişik", - ofis bildirib.
Daha əvvəl “The Washington Post” Amerika administrasiyasındakı mənbələrə istinadən iddia edib ki, Vals Netanyahu ilə İrana zərbə endirmək imkanını müzakirə edib və bu, onların versiyasına görə Trampı qəzəbləndirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”