04 may 2025 08:53
93

Pakistan uzaqmənzilli raketi sınaqdan keçirib

Pakistan Hindistanla artan gərginlik fonunda uzaqmənzilli raketi sınaqdan keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pakistan hərbçilərinə istinadla məlumat yayıb.

"Abdali” yer-yer raketinin buraxılışı qoşunların əməliyyat hazırlığının təmin edilməsi və əsas texniki parametrlərin sınaqdan keçirilməsi məqsədi daşıyıb. Təlim silahın naviqasiya sisteminin və manevr xüsusiyyətlərinin sınaqdan keçirilməsi çərçivəsində keçirilib", - məlumatda deyilir.