04 may 2025 15:24
111

Azərbaycan taekvondoçuları Bolqarıstanda keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcək

Azərbaycan taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcək.

“İki sahil” federasiyasnın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə milli Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışında iştirak etmək üçün Çanaqqala şəhərinə yollanıb.

Qardaş ölkədə baş tutacaq təlim-məşqin ardından taekvondoçular mayın 16-da Bolqarıstana gedəcək.

İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edəcək.

Qeyd edək ki, mayın 16-da startı veriləcək yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.