04 may 2025 17:51
117

Ukrayna Rusiyaya kömək edən ölkələrə qarşı sanksiya hazırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiyaya məhdudiyyətlərdən yan keçməyə kömək edən ölkələrə qarşı sanksiyalar hazırlayır.

“İki sahil” xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"Biz təəssüf ki, Rusiyaya bəzi sanksiyalardan yan keçməyə kömək edən üçüncü ölkələrdəki subyektlərə və sxemlərə yönəlik sanksiyalar paketlərini hazırlayırıq", - deyə o bildirib.

Ukrayna lideri münaqişə bitdikdən sonra ölkənin bərpası üçün əsas tərəfdaşlarla gələcək əməkdaşlıq üzrə qərarların da anonsunu verib.