Almaniya Hərbi Hava Qüvvələri İsrailin "Arrow 3" raketdən müdafiə sisteminin ilk komponentlərini alıb.
“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, tədarük Almaniya Hərbi Hava Qüvvələrinin müfəttişi, general-leytenant İnqo Gerhartsın Təl-Əvivə səfəri zamanı baş tutub.
Xatırladaq ki, Berlinin cənubundakı Holtsdorf aviabazasında "Arrow 3" sisteminin yerləşdirilməsi üçün tikinti işlərinə fevral ayında başlanılıb. Brandenburq və Saksoniya-Anhalt sərhədində yerləşən Holtsdorf hərbi aerodromu gücləndirilmiş hava hücumundan müdafiə sisteminin bir hissəsini təşkil edəcək.
İsrailin Almaniyadan "Arrow 3" tədarükü 2023-cü ilin sentyabrında Berlində razılaşdırılıb. Müvafiq sazişin imzalanma mərasimi həmin ilin noyabrında Təl-Əvivdə baş tutub. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sazişin dəyəri 3,6 milyard dollar təşkil edib.