04 may 2025 22:01
96

“Neftçi” - “Kəpəz” yarışında qollu bərabərlik

Misli Premyer Liqasının 33-cü turunda “Neftçi” “Kəpəz”i qəbul edib.

İki sahil”in məlumatına görə, oyunun 24-cü dəqiqəsində Aleks Fernandes hesabı açıb. 50-ci dəqiqədə Luis Paçu bərabərlik qolunun müəllifi olub.

70-ci dəqiqədə qırmızı vərəqə alan Elvin Camalov "Neftçi" azlıqda qoyub. 63-cü dəqiqədə isə Camal Cəfərov gəncəliləri hesabda önə çıxarıb – 1-2.

Yarışda son nöqtəni 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov qoyub. Onun qolu sayəsində Bakı təmsilçisi məğlubiyyətdən xilas olub - 2-2

Misli Premyer Liqası,

33-cü tur

4 may

20:00. “Neftçi” 2–2 “Kəpəz”

Qol: Aleks Fernandes, 24 (1-0), Luis Paçu, 50 (1:1), Camal Cəfərov, 63 (1:2), Emin Mahmudov, 90+6 - pen. (2:2)

Qırmızı vərəqə: Elvin Camalov, 70 ("Neftçi")

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Neftçi Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”