Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.
Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun gizli, sürətli və maskalanaraq hücum xəttinə irəliləmə, şərti düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsi, eləcə də düşmən mövqelərinin tutulması və təminat yollarının nəzarət altına alınması üzrə tapşırıqları icra ediblər.
Təlim zamanı, həmçinin bölmənin yerləşdiyi ərazidə komendant xidmətinin və hərəkətli patrul sisteminin təşkili, gecə məşğələlərinin keçirilməsi üzrə fəaliyyətlər də yerinə yetirilib.
Dəniz piyadalarının döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub