Azərbaycan hərbçiləri Moskvada Qələbə Paradının məşqində iştirak ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib.
Kadrlarda Azərbaycan hərbçilərinin Moskvanın mərkəzi küçələrində yürüşü əks olunub.
Onlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər.
Xatırladaq ki, mayın 9-da Azərbaycan hərbçiləri Böyük Vətən müharibəsində qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub