07 may 2025 11:37
125

Astanada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi şərəfinə parad keçirilir

Qazaxıstanın paytaxtı Astanada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş genişmiqyaslı hərbi parad keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirə 4 mindən çox hərbi qulluqçu, 200-dən artıq hərbi texnika, o cümlədən 66 təyyarə və helikopter cəlb olunub.

Paradda ən yeni silahlar, təkmilləşdirilmiş zirehli transportyorlar, hava hücumundan müdafiə sistemləri, müasir kəşfiyyat və zərbə vuran pilotsuz sistemlər, həmçinin modern hərbi-nəqliyyat təyyarəsi “Airbus A400M” nümayiş etdirilir.

Qazaxıstanın müharibə və Silahlı Qüvvələrinin veteranları, arxa cəbhə zəhmətkeşləri, ordunun ən yaxşı hissələri, fəxri qarovul dəstələri, eləcə də digər qoşun və hərbi birləşmələr, o cümlədən hüquq-mühafizə orqanlarının şəxsi heyəti də parada dəvət olunub.

Bayram tədbirləri şəhər boyu LED ekranlarda, eləcə də ölkə telekanalları vasitəsilə canlı yayımlanır.