07 may 2025 17:20
197

SOCAR-da sosial ədalət və gender bərabərliyi dayanıqlı iqtisadi inkişafın əsas istiqamətlərindən biri olaraq qiymətləndirilir - Ziba Mustafayeva

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Azərbaycanda sosial ədalət və gender bərabərliyinə nail olma yolları: Nailiyyətlər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva SOCAR-da sosial ədalət və gender bərabərliyinin yalnız fundamental insan hüquqları kimi deyil, həm də dayanıqlı iqtisadi inkişafın əsas istiqamətlərindən biri olaraq qiymətləndirildiyini bildirib. SOCAR-ın qadınlar üçün bərabər imkanların yaradılmasına və inklüziv iş mühitinin qurulmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Bu məqsədlə həyata keçirilən “Qadın Liderlər” və “Gənc İstedadlar” proqramı, davamçıların idarə olunması prosesində inklüzivliyin təşviq edilməsi, eləcə də gender balanslı işə qəbul siyasətinin bu istiqamətdə atılan mühüm addımlar olduğu qeyd edilib.

Orxan Vahidoğlu, "İki sahil"