07 may 2025 15:58
155

Maduro Putinlə danışıqlar aparmaq üçün Kremldə

Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, mayın 7-də Maduro və həyat yoldaşı Cilia Flores Rusiyaya rəsmi səfərə gəliblər.

Moskvaya çatan kimi Maduro bildirib ki, Avropa keçmiş Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsini tanımalıdır.