07 may 2025 11:45
159

Turan Daşdəmirov gümüş medal qazanıb

Türkiyənin Antalya şəhərində start götürən gənclər (U20) arasında “Çempionlar” turnirində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “AHİİTA” təmsilçisi, 55 kq çəkidə çıxış edən Turan Daşdəmirov möhtəşəm çıxışı ilə gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, AHİİTA bu uğurda əməyi olan əməkdar məşqçi, məşqçi-müəllimi Akif Əliyevə təşəkkür edib.