07 may 2025 12:13
137

Hindistanda 200-dən çox uçuş ləğv edilib, 18 hava limanı isə müvəqqəti olaraq bağlanıb

Çərşənbə günü səhər Hindistanın Pakistana qarşı hava hücumları həyata keçirməsindən sonra 200-dən çox uçuş ləğv edilib, 18 hava limanı isə müvəqqəti olaraq bağlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.

Bildirilib ki, bu hava limanlarına Srinagar, Leh, Cammu, Amritsar, Pathankot, Çandigarh, Codpur, Jaisalmer, Şimla, Dharamşala və Camnagar daxildir.

“Air India”, “IndiGo”, “SpiceJet”, “Air India Express”, “Akasa Air” və bir neçə xarici aviaşirkət müxtəlif hava limanlarına olan xidmətlərini ləğv edib.