07 may 2025 12:40
135

Pakistan Hindistanın kiberhücum cəhdlərinin qarşısını alıb

Pakistan hökuməti Hindistanın informasiya şəbəkələrinə xaker hücumları etmək cəhdlərini qeydə alıb və onları uğurla dəf edib.

“İki sahil” “Dawn” nəşrinə istinadla xəbər verir ki, bunu Pakistanın informasiya texnologiyaları naziri Şaza Fatima Xavaca deyib.

Onun sözlərinə görə, bütün qurumlar, o cümlədən Pakistan Telekommunikasiya İdarəsi tam gücü ilə işləyir və hökumət Hindistanın kiber hücumlarının təkrarlanması ehtimalına qarşı sayıqlığını qoruyur.