07 may 2025 15:20
273

IMechE-nin nümayəndələri BANM-da olub

Mexanika Mühəndisləri İnstitutunun nümayəndələri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. 

IMechE-nin Beynəlxalq Könüllülər Şəbəkəsinin Yaxın Şərq və Afrika üzrə sədri Dr. Məhəmməd Unib, IMechE-nin Azərbaycan və Gürcüstan üzrə Ölkə Nümayəndəsi Ceyhun Əlizadə və IMechE-nin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Mehdi Mehdizadə üçün kampus turu təşkil olunub.

BANM-ın Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova və Strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli ilə görüşdə Ali Məktəbin elmi-tədris mühiti, tələbə imkanları və mühəndislik sahəsində həyata keçirilən beynəlxalq əməkdaşlıqlar müzakirə olunub.