07 may 2025 14:54
163

Çin Ukrayna münaqişəsinin gərginləşməsinin qarşısını almağa çağırır

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian beynəlxalq ictimaiyyəti Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsinin qarşısını almağa çağırıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, Ukrayna PUA-larının Rusiya Federasiyasının regionlarına hücumlarını belə şərh edib.

"Beynəlxalq ictimaiyyətin əksər ölkələri artıq Ukrayna məsələsinin siyasi həllində özlərinə məxsus konstruktiv rol oynayırlar. Bütün maraqlı tərəflər bu məsələ və şərtlər üzrə konsensus yaratmalıdırlar", - deyə, Lin Jian brifinqdə deyib.