08 may 2025 11:43
111

Təhsil işçiləri arasında voleybol turnirinin final mərhələsi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə təhsil işçiləri arasında voleybol turnirinin final mərhələsi keçirilib

“İki sahil” xəbər verir ki, yarışlar Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında təşkil olunub.

Finalın nəticələrinə əsasən, kişilər arasında 1-ci yeri Sabunçu, 2-ci yeri Suraxanı, 3-cü yeri isə Xəzər rayonlarının komandaları qazanıb. Qadınlar arasında isə 1-ci yeri Nəsimi, 2-ci yeri Binəqədi, 3-cü yeri isə Xəzər rayonunun komandaları qazanıb.

Yarımfinal və final görüşlərində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının direktor müavinləri Fikrət Hacıyev və Emin İsmayılov qonaq qismində iştirak ediblər.