10 may 2025 21:25
102

MPL: “Turan Tovuz” “Neftçi”yə uduzdu

Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz” “Neftçi”ni qəbul edib.

İki sahil”in məlumatına görə, qarşılaşmanın 9-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov hesabı açsa da 16-cı dəqiqədə Rəhim Sadıxov Tovuz təmsilçisinin bərabərlik qolunun müəllifi olub.

32-ci dəqiqədə Dembo Darbo yenidən Bakı təmsilçisini hesabda önə çıxarıb – 1-2.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

34-cü tur

10 may (şənbə)

19:30. “Turan Tovuz” 1-2 “Neftçi”

Qollar: Emin Mahmudov, 9 (0-1), Rəhim Sadıxov, 16 (1-1), Dembo Darbo, 32 (1-2)

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

Tovuz şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”