Almaniya Bundesliqasının iki klubu Almaniyanın yüksək divizionunda yerlərini qorumaq üçün riyazi şanslarını itirib.
“İki sahil” xəbər verir ki, Almaniya çempionatının 33-cü turunda müvafiq olaraq "Frayburq"a (1:2) və "Maynts"a (1:4) məğlub olan "Holştayn"la "Bohum"un taleyi həll olunub.
"Haydenhaym" qalib gəldiyi üçün "Bohum" qələbə qazansa belə, aşağı liqaya düşəcəkdi. "Holştayn" isə öz növbəsində qələbəyə görə ikinci məğlubun müəyyənləşməsini son tura təxirə sala bilərdi. Lakin sözügedən komanda məğlub olduğu üçün “Bohum”la birlikdə artıq ikinci Bundesliqaya hazırlaşa bilərlər.