Müdafiə Sənayesi Nazirliyi (MSN) Aparatının rəhbəri Samir Ağabalayev mayın 12-də Özbəkistan Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, görüşdə müdafiə sənayesi sahəsində münasibətlərin tənzimlənməsi üzrə mövcud qanunvericilik təcrübəsi müzakirə edilib.
Qeyd edək ki, hazırda S.Ağabalayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir.
Səfərin məqsədi iki ölkə arasında müdafiə sənayesi sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinin aparılmasıdır.
Səfər mayın 15-də başa çatacaq.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub