Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 nəfər sərhəd pozucusu saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub