17 may 2025 17:08
114

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxardı

Çin “Zhuque-2EY2” kommersiya daşıyıcı raketi ilə orbitə 6 peyk çıxarıb.

“İki sahil” xəbər verir ki, raketin buraxılışı Donfen pilot kommersiya kosmodromundan baş tutub.

Məlumata görə, raketin istehsalçısı olan “LandSpace” şirkətinin açıqlamasına əsasən bu, “Zhuque-2” seriyasından 5-ci raket buraxılışı olub.

“Zhuque-2E”nin dizaynı və mühərrikinin göstəriciləri sələfi “Zhuque-2”dən daha yuxarıdır. Yeni raket 4 ton yükü 500 kilometr yüksəkliyə qaldırmaq gücünə malikdir.