Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin İstanbulda danışıqların bərpası təklifini qəbul etməsində ABŞ-nin müsbət rolunu qeyd edib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
"Sergey Lavrov Kiyevin Rusiya Prezidenti Vladimir Putinin İstanbul danışıqlarının bərpası təklifini qəbul etməsində ABŞ-nin müsbət rolunu qeyd edib", - məlumatda bildirilib.
O, bu kontekstdə Moskvanın amerikalı həmkarlarla birgə işin davam etdirilməsinə hazır olduğunu təsdiqləyib.
Qeyd olunub ki, telefon danışığı Rubionun təşəbbüsü ilə baş tutub.