Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.
Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub