Baltik dənizi Rusiya və Estoniya arasında döyüş meydanına çevrilib.
“İki sahil” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda "Zinių radijas"a müsahibəsində deyib.
Nausedanın sözlərinə görə, Moskva və Tallin Baltik dənizində müxtəlif hərbi əməliyyatlar həyata keçirir.
“Baltik dənizi bir növ döyüş meydanına çevrilir və müəyyən razılaşmaların olduqca fəlakətlə başa çatması riskləri var”, - deyə, o, qeyd edib.
Litva prezidenti əlavə edib ki, Baltikyanı ölkələr hazırda gəmilərinin Rusiyanın ərazi sularından keçməməsi üçün marşrutlarının dəyişdirilməsi üzərində işləyirlər.
Nauseda hesab edir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu problemin həllində əsas rol oynayacaq.