Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Serbiya Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mütəxəssisləri tərəfindən keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, pilotsuz uçuş aparatları, müşahidə və zərbə dronlarından istifadə qaydaları və üsulları məşq etdirilib.
Təlim çərçivəsində praktiki atışlar icra olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub