22 may 2025 10:17
102

NBA-da yarımfinal mərhələsi başlayıb

Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinə start verilib.

“İki sahil” xəbər verir ki, günün yeganə oyununda "Nyu-York Niks" və "İndiana" komandaları üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 125:125 hesabı ilə yekunlaşıb. "İndiana" əlavə vaxtda rəqibini 138:135 hesabı ilə üstələyərək seriyada 1:0 önə keçib.

Qeyd edək ki, digər yarımfinal matçında "Oklahoma" və "Minnesota" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüş mayın 23-də olacaq.