22 may 2025 11:22
99

Baş məşqçidən qələbə şərhi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının finalında "Mançester Yunayted"ə qalib gəldikləri oyundan (1:0) sonra fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, o, UEFA-ya açıqlamasında deyib: "Hələ də baş verənləri təhlil etməyə çalışıram. Bunun klubumuz üçün nə qədər vacib olduğunu başa düşürəm. Kuboksuz dövr nə qədər uzansa, titul qazanmaq bir o qədər çətindir. Həmişə düşünürdüm ki, pley-off futbolu çempionatdan fərqlidir. Belə vəziyyətdə olanda yaxşı təşkilatlanmalı, özünə inanmalı, dəqiq oyun planına sahib olmalı və əsas məqamlara diqqət yetirməlisən. Etibarlı müdafiə olunmaqla rəqibin şanslarını minimuma endirmək vacibdir. Oyun zamanı özümü inamlı hiss etdim. Bilirdim ki, hesabda  önə keçsək, rəqibin təhlükə yaratmaq cəhdlərinin çoxunu zərərsizləşdirə bilərik".

Qeyd edək ki, "Tottenhem" hazırda Premyer Liqada 17-ci yerdədir. Lakin Avropa Liqasının qalibi olmaqla komanda  Çempionlar Liqasına vəsiqə qazanmağı bacarıb.