Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb. Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün yekununda “11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu” imzalanıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub