31 may 2025 09:56
168

Britaniya hərbi dəniz qüvvələri 30 milyon funt sterlinq dəyərində narkotik ələ keçirib

Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasına məxsus “HMS Lancaster” freqatı Yaxın Şərqdə keçirdiyi əməliyyat zamanı 30 milyon funt sterlinq dəyərində narkotik maddə daşıyan gəmini saxlayıb.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, freqat şübhəli gəmini Ərəb dənizində bir sutkadan çox izlədikdən sonra əməliyyatı həyata keçirib. Bu, son üç ay ərzində “HMS Lancaster” tərəfindən həyata keçirilən ikinci böyük narkotik əməliyyatıdır. Gəmi hazırda Bəhreyndə limana çəkilib.

Əməliyyat zamanı ümumilikdə 1000 kiloqram heroin, 660 kiloqram həşiş və 6 kiloqram amfetamin müsadirə olunub.