“Avropa ölkələrinin müdafiə xərclərini artırması ABŞ-a diqqətini onların prioriteti olan Hind-Sakit okean regionuna yönəltməyə imkan verəcək”.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
Pentaqon rəhbəri əlavə edib ki, NATO üzvləri bu alyansda bərabər şəkildə iştirak etməsələr, onu sarsılmaz ittifaq hesab etmək olmaz.
“Hesab edirik ki, bizim Avropakı NATO müttəfiqlərimiz qitədəki müqayisəli üstünlüyündən maksimum dərəcədə istifadə etməlidirlər. ABŞ prezidenti Donald Trampın sayəsində onlar alyansda iştiraklarını gücləndirirlər. Əgər müttəfiqlərimiz bu yükü bizimlə bölüşsələr, diqqətimizi prioritet müharibə teatrımız olan Hind-Sakit okean regionuna daha çox yönəldə bilərdik”.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio əmin olduğunu bildirib ki, NATO-ya üzv olan bütün ölkələr növbəti on il ərzində müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağa razı olacaqlar.