Rusiya pilotsuz təyyarəsinin Xerson (Ukrayna) əyalətinin Antonivka ətrafına hücumu nəticəsində 46 yaşlı mülki şəxs yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası “Telegram”da məlumat yayıb.
"Antonivkada düşmənin pilotsuz uçan aparatı 46 yaşlı kişini vurub. O, qol və ayaqlarında qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib".
Qeyd olunur ki, həkimlər zərərçəkənə yardım göstərirlər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”