Çelyabinskdə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin gizlədildiyi anbarın kirayəçiləri saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.
Portal hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər verir ki, Çelyabinskdə anbarın kirayəçiləri bölgələrə pilotsuz təyyarələrin hücumundan sonra saxlanılıb. Saxlanılanların sayı açıqlanmır.
"Hazırda anbarlar boşdur. Binada partlayıcı maddənin olub-olmadığını müəyyən etmək üçün nümunələr götürülüb", - mənbə əlavə edib.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna həmin PUA-lardan istifadə edərək Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara hücum edib.