03 iyun 2025 09:09
378

TikTok fenomeninin faciəli sonu

TikTok-da böyük izləyicisi olan serbiyalı gənc fenomen Tijana Radonjiç məşhur Budva kurortunda paraşütlə gedərkən qəza keçirib.

İki sahil” xəbər verir ki, 19 yaşlı gənc fenomen hadisə yerində həyatını itirib. Həmin anlar kameraya düşüb.

O, video çəkdirmək istəyərkən 45 metr hündürlükdən dənizə düşüb. Həmin anlar kameraya düşüb.

Şahidlərin sözlərinə görə, gənc fenomen viral olacaq bir video çəkmək üçün təhlükəsizlik kəmərini çıxarmağa çalışıb, lakin bu hərəkət onun həyatı bahasına başa gəlib.

Tijana Radonjiç hadisə yerində ölüb.

Qəzadan sonra hadisənin görüntüləri sosial mediada sürətlə yayılıb.

TikTok-da TijanaRadonjic etiketi ilə paylaşılan videolar milyonlarla dəfə izlənilsə də, minlərlə istifadəçi kədərləndiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”