02 iyun 2025 12:31
173

Fidan İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda, Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlarda açılış nitqi ilə çıxış edəcək.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, onun çıxışı türk, ingilis, rus və ukrayna dillərində təqdim olunacaq.

Bundan əvvəl Rusiya nümayəndə heyətinin İstanbuldakı oteli tərk etdiyi məlum olub.

Danışıqların yerli vaxtla saat 13:00-da başlayacağı gözlənilir.