Türkiyə ilə Böyük Britaniya arasında “Hərtərəfli Müdafiə və Təhlükəsizlik Məsləhətləşmələri” keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüş 29-30 may tarixlərində Londonda keçirilib.
Məlumata görə, strateji əməkdaşlıq çərçivəsində Milli Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik Baş direktoru general-mayor İlkay Altındağın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti ilə Böyük Britaniyanın Müdafiə Nazirliyi, Xarici, Birlik və İnkişaf İdarəsinin (FCDO) və Nazirlər Kabinetinin yüksək səviyyəli rəsmiləri arasında geniş məsləhətləşmələr aparılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”