01 iyun 2025 01:49
204

İsrail ordusu HƏMAS-ın hərbi komandiri Sinvarın öldürüldüyünü təsdiqləyib

İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hərbi qanadının lideri Məhəmməd Sinvarın Qəzza zolağında öldürüldüyünü təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Məhəmməd Sinvar anklavın cənubundakı Xan Yunis şəhəri ərazisində yerləşən Avropa xəstəxanasının ərazisinə hədəflənmiş zərbə nəticəsində məhv edilib.

Hərbçilərin sözlərinə görə, xəstəxana binasında HƏMAS-ın hərbi qərargahı yerləşirdi və hücum zamanı Sinvar orada idi.

Xatırladaq ki, mayın 28-də İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın hərbi qanadının liderinin sıradan çıxarılmasını elan etmişdi.