02 iyun 2025 14:24
187

BANM-də sonuncu kurs tələbələri ilə akademik və inzibati heyət arasında ənənəvi vida futbol oyunu baş tutub

Görüş Bibiheybət kampusundakı açıq futbol meydançasında keçirilib.

“İki sahil” xəbər verir ki, oyun tələbə-müəllim münasibətlərinin gücləndirilməsi, sosial inteqrasiya və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyıb.

Simvolik qarşılaşmada əməkdaşlar 7:4 hesabı ilə qalib gəliblər. Oyunda komanda ruhu, əməkdaşlıq və idman mədəniyyəti ön planda olub.