Biz dayanıqlı sistemlərin inkişafına öz töhfəmizi veririk. Bütün həyata keçirilən tədbirlər 2050-ci ilə qədər xalis sıfıra nail olmağa təkan verir.
“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, regionda enerji balansının yaranması üçün Azərbaycanın unikal imkanı var.
“Neft və qaz kəşfiyyatına investisiya qoyuruq, çünki 10 il sonra da ənənəvi yanacağa ehtiyac olacaq. Ancaq biz ən yaxşı texnologiyalardan istifadə edir və karbonsuzlaşdırmaya üstünlük veririk. Azərbaycan yalnız ənənəvi enerjiyə deyil, bərpaolunan enerjiyə də investisiya qoyur. Biz çalışırıq ki, partnyorlara günəş, külək və digər bərpaolunan enerjilərə investisiya qoymaq üçün imkan yaradaq. Azərbaycanda coğrafi məkan və enerji resurlarının mövcudluğu əlverişlidir. Enerjiyə tələbat isə getdikcə artmaqdadır. Biz bunu dayanıqlı tərzdə etməyə çalışırıq”,- deyə o bildirib.