03 iyun 2025 12:32
311

Rövşən Nəcəf: Elektrik enerjisinin ixrac infrastrukturunu yaratmağı düşünürük

SOCAR ölkə hüdudlarından kənarda da fəaliyyətini davam etdirir. Əlavə saziş imzalanacaq və beynəlxalq portfelimizə aktivlər əlavə ediləcək.

“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, ölkəyə əlavə investisiyalar cəlb olunacaq.

“Neft və qaz istehsalına, o cümlədən bərpaolunan enerjiyə əlavə dəyərlər veriləcək. Elektrik enerjisinin ixrac infrastrukturunu yaratmağı düşünürük. Bu istiqamətdə Mərkəzi Asiya və Avropadakı partnyorlar ilə bir neçə sənəd imzalanıb. Qara dəniz ilə Türkiyədən Avropaya ixrac nəzərdə tutulur. Bu infrastruktur bir neçə ölkə arasında əməkdaşlığı vacib edir. Nikbinlik potensialımız daha yaxşı istifadə ediləcək”, - deyə R.Nəcəf qeyd edib.