Azərbaycanın karbohidrogen sektoruna böyük investisiya marağı müşahidə olunur.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf, Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
“Bizim illərdir üzərində işlədiyimiz bir sıra kəşfiyyat və hasilat layihələrimiz, eləcə də geoloji kəşfiyyat layihələrimiz var. Buna görə də Azərbaycanın karbohidrogen sektoruna, eyni zamanda bərpa olunan enerji istehsalı sahəsinə böyük investisiya marağı mövcuddur”,- deyə R. Nəcəf bildirib.
SOCAR prezidenti qeyd edib ki, ötən gün və bu gün imzalanmış sənədlər şirkətin layihə portfelinin genişlənməsinə, Azərbaycanda neft və qaz hasilatının artmasına və bərpa olunan enerji istehsalının inkişafına təkan verəcək əlavə investisiyalara yol açır.