03 iyun 2025 14:36
185

Rusiya və Xəzər regionunu təmsil edən 7 universitet komandasını bir araya gətirən nüfuzlu akademik yarışma

Bakı Ali Neft Məktəbində SPE Azərbaycan Bölməsinin təşkilatçılığı ilə SPE PetroBowl Çempionatının Rusiya və Xəzər Regional Seçmə mərhələsi keçirildi.

“İki sahil” xəbər verir ki, nüfuzlu akademik yarışma Rusiya və Xəzər regionunu təmsil edən yeddi universitet komandasını bir araya gətirdi: Atırau Neft Təhsili Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Qazaxıstan-Britaniya Texniki Universiteti, Satbayev Universiteti, Tümen Sənaye Universiteti və Tümen Universiteti.

Seçmə mərhələlərin qalibləri bu il ABŞ-ın Hyuston şəhərində keçiriləcək SPE İllik Texniki Konfrans və Sərgisində (ATCE) iştirak etmək imkanı əldə edirlər.